15 Temmuz 2010 Perşembe

Şair Can AKIN - AZERBAYCAN - Gəncədə Sahibkar Qadınların Yarmarkası Keçiriləcək

Gəncədə Sahibkar Qadınların Yarmarkası Keçiriləcək

İyunun 13-də Gəncə şəhərində Bakı şəhərindən gələcək sahibkar qadınlarla Qərb bölgəsində sahibkarlığa marağı olan qadınların yarmarkası təşkil ediləcək. Yarmarka Gəncədə fəaliyyət göstərən "Emon" hotelində təşkil ediləcək. "Gələcəyə Körpü" Gənclər İctimai Birliyi və Məhsuldarlıq və Rəqabətə Davamlılıq Mərkəzinin birgə təşkil etdiyi tədbirdə Bakı şəhərindən 20-dən artıq sahibkar qadın, Qazax, Ağstafa, Tovuz və Samux rayonlarından isə sahibkarlığa marağı olan 50-dən çox gənc xanımın qatılması gözlənilir. Burada biznes sahəsində uğur qazanmış təcrübəli sahibkar xanım yeni biznes yaratmaq istəyən gənc xanımlara öz təcrübələrindən və rastlaşdıqları çətinliklərdən ətraflı danışacaqlar. Eyni zamanda dayanıqlı və davamlı biznesin necə yaradılması ilə bağlı öz fikirlərini də bölüşəcəklər. Qeyd edək ki, "Gələcəyə Körpü" Gənclər İctimai Birliyi cari ilin yanvar ayından etibarən qərb bölgəsində yerləşən 4 rayonda (Qazax, Tovuz, Ağstafa və Samuxda) gənc qadınlara Gənclərin Məşğulluğuna Dəstək proqramı çərçivəsində mərhələli şəkildə biznes təlimləri təşkil edib.

CAN AKIN

Azerbaycan Respublikası, Bakü. Bakı, Ganja, Gence "Gələcəyə Körpü" Gənclər İctimai Birliyi və Məhsuldarlıq və Rəqabətə Davamlılıq Mərkəzi

Ramada Plaza Gence 237 Nizami St Gence, AZ2019 AZ

http://images.travelnow.com/hotelimages/s/106000/106415A.jpg